Rusiyanın 102 saylı bazası Ermənistanda xəbər saytını maliyyələşdirirmiş

Rusiyanın 102 saylı bazası Ermənistanda xəbər saytını maliyyələşdirirmiş
  • DÜNYA

 Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası erməni xəbər saytını maliyyələşdirirmiş.


"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Gənclərin "Zorakn” elmi-maariflərdirci fondunun hesabatında bildirilib .

Bildirilib ki, "azdarar.am” adlı saytda rəsmi olaraq, bu media qurumuna aid "Razm.info” adlı hərbi yönlü xəbərlər yayan portal qonşu dövlətlərin elektron KİV-ində yayılan materialların icmalını hazırlaması qarşılığında 2016-cı ildə 100 min rubl (1600 dollara yaxın) pul alıb. "Forrights.am” da çap olunan məqalədə isə bildirilib ki, "razm.info” portalı Rusiyanın Ermənistandakı hərbi bazası ilə əməkdaşlıq edirmiş.

Həmin yazıda vurğulanıb ki, bu protal Rusiyanın hərbi bazasının maraqlarına xidmət edirmiş. Portal xəbərlərində davamlı olaraq, Türkiyə və Azərbaycanı "düşmən” adlandırırmış. "Forrights.am”dakı məqalədə bildirilib ki, Ermənistandakı peşəkar KİV Türkiyə və Azərbaycanı "rəqib” adlandırırlar.

 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR