Rusiyalı rəsmilər Qarabağa səfər edə bilər

Rusiyalı rəsmilər Qarabağa səfər edə bilər

“Rusiya yaxın zamanlarda Dağlıq Qarabağa səfərə edərək vəziyyətlə yerindəcə tanış olmaqla bağlı Ermənistanın təklifini nəzərdən keçirəcək”.

AzVision.az “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu İrəvanda uydurma "erməni soyqırımı" abidəsini ziyarət edən Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aleksey Kondratyev bildirib.

“Erməni tərəfinin bir çox məsələlərdə mövqeyi bizi qane edir və qərarlar yekdilliklə qəbul olunduğu üçün burada işin böyük qismi bizim həmkarlarımızın üzərinə düşür. Biz erməni tərəfinin təklifini həmkarlarımıza çatdıracağıq, birlikdə müzakirə edəcəyik və erməni tərəfi ilə birlikdə bəyanat verəcəyik”, - deyə rusiyalı rəsmi vurğulayıb.

Qeyd edək ki, aprelin 15-də Ermənistan parlamentinin Müdafiə, təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyasının sədri Koryun Naqapetyan rusiyalı senatorları Dağlıq Qarabağa səfərə dəvət edib.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR