Rusiyalı politoloq: “Ermənistan ikinci Ukrayna ola bilər”

Rusiyalı politoloq: “Ermənistan ikinci Ukrayna ola bilər”
  • DÜNYA

İrəvan qeyri-sabitliyin yeni vektoruna çevrilə bilər.
Bunu Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov "İctimai Xəbərlər Xidməti”nə müsahibəsində deyib.
Onun fikrincə, qlobal tənəzzül prosesinə başlamaq istəyən elitalar Ukrayna ssenarisi üzrə Cənubi Qafqazda böhran təşkil edə bilərlər.
"İrəvanda baş verənlər qlobal beynəlxalq proseslərin əksidir. Beynəlxalq böhran, qlobal sabitlik böhranı Cənubi Qafqazdakı vəziyyətdə də özünü göstərir. Bu, kiçik münaqişə deyil, bu, bütün dünyanı öz cənginə alan yeni qeyri-sabitlik vektorudur. Eyni zamanda, Türkiyənin Suriya və İraqla sərhədində qeyri-sabitlik artır, Belqrad və Priştina, Çin və Tayvan arasında vəziyyət gərginləşir, Ukrayna münaqişəsi hələ də davam edir. Cənubi Qafqazda da dünya nizamının dağılması ssenarisini işə salmaq istəyənlərin qızışdırdığı növbəti münaqişə baş qaldıra bilər”, - deyə Solonnikov bildirib.
Ekspert Cənubi Qafqazda münaqişəni süni və səhnələşdirilmiş adlandırıb.
"Bu oyun – əvvəlcə mitinqlər, sonra isə Nikol Paşinyanın artıq razılaşdırılmış sazişləri pozması KTMT-nin səmərəsizliyini mediada nümayiş etdirmək üçündür. Vəziyyət Ukrayna ssenarisinə bənzəyir: İnsanları küçələrə çıxarmaq və küçənin təzyiqi altında rəhbərliyi qəbul etdiyi qərarlardan boyun qaçırmağa sövq etmək”, - ekspert vurğulayıb.
Eyni zamanda o əlavə edib ki, hazırda Ermənistanın KTMT-dən çıxması sərfəli deyil. İnstitut direktorunun sözlərinə görə, respublikanın baş naziri Nikol Paşinyan ölkənin gələcəyini riskə atmayacaq.
"Ermənistanı Avrasiya İqtisadi İttifaqından və Rusiya ilə müttəfiqlikdən ayırmaq vəzifəsi qarşıya qoyulsa, bu, baş verəcək. Lakin, sabah Ermənistanın bugünki Ukraynaya çevrilməməsi vacibdir”, - deyə Solonnikov yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət öncə Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Onun fikrincə, sənəd kifayət qədər işlənməyib.//Oxu.az


Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR