Rusiyadan Bakıya cəmi 26 manata uçmaq mümkün oldu

Rusiyadan Bakıya cəmi 26 manata uçmaq mümkün oldu

“Pobeda” aviaşirkəti sentyabrın 29-dan Azərbaycan və Gürcüstan istiqamətlərində açılan yeni beynəlxalq reyslərə biletlərin satışına başlayıb. 

Oxu.Az Life-a istinadən xəbər verir ki, mart ayının sonuna qədər biletlərin ən azı 30%-i bütün rüsumlar nəzərə alınaraq minimal qiymətə - 999 rubla (26 manata) satılacaq. 

“Pobeda” aviaşirkətinin təyyarələri Rostov-na-Donu aeroprotundan Bakıya oktyabrın 30-dan həftədə dörd dəfə, Tbilisiyə isə noyabrın 1-dən həftədə üç dəfə uçacaq. İlk reyslərdə hər istiqamətdə biletlərin ən azı 50%-i bütün rüsumlar nəzərə alınaraq minimal qiymətə - 999 rubla (26 manata) satılacaq. 

“Pobeda” aviaşirkəti yeni reyslərin Moskva-Rostov-na-Donu istiqamətində uçan sərnişinlər arasında da populyarlıq qazanacağına ümid edir. Onlar üçün paytaxt reysləri ilə rahat uzlaşdırmalar nəzərdə tutulub.

Tbilisi və Bakı reysləri Rusiya loukosterinin beynəlxalq istiqamətlər üzrə şəbəkəsini 15 istiqamətə qədər artıracaq. 

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR