Rusiyada koronavirusdan ölənlərin sayı 8 359-a yüksəlib

Rusiyada koronavirusdan ölənlərin sayı 8 359-a yüksəlib

Rusiyada son sutkada daha 7 425 nəfərə COVID-19 diaqnozu qoyulub.

 Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 599 705 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 153 nəfər artaraq 8 359-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 356 429 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 081 nəfər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,2 milyonu ötüb. Bunların 4,9 milyondan çoxu sağalıb, 474 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR