Rusiyada koronavirusa yoluxanların sayı 829 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 829 minə çatır

Rusiyada son bir gündə daha 5 475 nəfərə COVID-19 diaqnozu qoyulub.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 828 990 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 169 nəfər artaraq 13 673-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 620 333 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 671 nəfər.
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR