Rusiyada kiçik və orta bankların sayı azalır

Rusiyada kiçik və orta bankların sayı azalır

Rusiya kiçik və orta həcmli kommersiya bankları ilə bağlı risklərlə üzləşib.
 
"Report" xəbər verir ki, bu barədə "Capital Economics"in inkişaf etməkdə olan Avropa bazarları üzrə icmalında qeyd olunub.
İcmalda bildirilir ki, "bəzi təhlükələr idarəetmə problemləri ilə əlaqədar olsa da, əsas təhlükə 2014-cü ildə rublda yaranan böhrandan əvvəl özəl sektorun həddindən artıq sürətlə kreditləşdirilməsi ilə bağlıdır".
Məcmu bank aktivlərinin yarısından çoxuna sahib olan "Sberbank" və "Qazprombank" kimi nəhəng dövlət bankları fonunda kiçik bankların rəqabətə davam gətirməsi çətinləşib. "Sberbank"ın baş vitse-prezidenti İqor Bulantsevin "Investing.com"a verdiyi müsahibəsində qeyd olunub ki, "bank sektorunda problem yoxdur, kiçik və orta banklarda da problem yoxdur. Sadəcə, pis idarə olunan banklar bazardan ayrılır".
Moskva Beynəlxalq Valyuta Assosiasiyasının (MMVA) prezidenti Aleksey Mamontova görə, "kiçik və orta bankların müqəddəratı bir neçə il əvvəl müəyyən olunub. Onları sərt tənzimləmə, iqtisadiyyatın azalması və dövlət bankları tərəfindən rəqabətin kəskinləşməsi öldürür. Son bir ildə vəziyyət lap ağırlaşıb. Bütün banklardan dövlət banklarına axın başlayıb. Bazardan pis idarə olunan banklar deyil, sadəcə kiçik və orta banklar gedir".
 
Aktual.az
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR