Rusiya sazişdən çıxdı: çörək bahalaşacaq?

Rusiya sazişdən çıxdı: çörək bahalaşacaq?

Rusiyanın taxıl sazişindən çıxması taxılın dünya bazar qiymətini 3.0 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar.
Aktual.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur:
"Bir tərəfdən, qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir, digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir.
Azərbaycana gəldikdə isə hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar mövcud deyil. Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçini mövsümü yeni tamamlanır və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur”.
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR