Rusiyada döyüşçü robot qrupları yaradılacaq

Rusiyada döyüşçü robot qrupları yaradılacaq
  • DÜNYA

2025-ci ilə qədər Rusiyada döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər.

"Report"un məlumatına görə, bu barədə ölkənin müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən RİA "Novosti" agentliyi bildirib.
Qeyd edilir ki, qruplaşmaların formalaşdırılması məsələsi 2020-ci ildən nəzərdə tutulub. 
"Biz 2025-ci ilə qədər fundamental və eksperimental dizayn planda bu məsələni yekunlaşdırmalıyıq", - deyə mənbə bildirib.
Məlumata görə, qruplaşmaların sonra silahlı qüvvələr sisteminə keçidi planlaşdırılır.
Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR