Rusiyada azərbaycanlı atasını təhqir edən həmyerlisini bıçaqlayıb

Rusiyada azərbaycanlı atasını təhqir edən həmyerlisini bıçaqlayıb
  • DÜNYA

 Rusiyanın Penza şəhərinin Oktyabrski rayonunda yerləşən bazarda iki azərbaycanlı arasında bıçaqlanma ilə nəticələnən dava baş verib.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Penza vilayəti üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb. 
Məlumat İdarənin 2 saylı Polis şöbəsinə daxil olduqdan sonra müəyyən edilib ki, münaqişə borc üstündə düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib və hazırda adı məlum olmayan 29 yaşlı kişi 27 yaşlı qarşı tərəfin atasını təhqir edib. Atasının təhqir olunmasını həzm edə bilməyən şəxs digərini bıçaqlayıb.
"Zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib. Cinayət işi qaldırılıb. Bu maddənin sanksiyası 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Penzada 3 azərbaycanlı qardaş müxtəlif həbs cəzalarına məhkum edilib.
 
Aktual.az
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR