“Rusiyada anti-Azərbaycan təbliğatının mənasını anlaya bilmirik” - Əli Əhmədov

“Rusiyada anti-Azərbaycan təbliğatının mənasını anlaya bilmirik”   - Əli Əhmədov

“Rusiyada xüsusilə hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində gərginliklə bağlı birtərəfli, anti-Azərbaycan mövqeyinin təbliğ olunmasının yumşaq dildə desək, mənasını anlamırıq”.


Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Yeni Azərbaycan partiyasının sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır: “Digər tərəfdən Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan anti-Azərbaycan mövqeyini başa düşmək mümkün deyil. Vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır. Heç olmasa münaqişə tərəflərindən birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir. Amma bəzi hallarda biz bunun əksini görürük”.

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR