Rusiyada 19 terror aktının qarşısı alınıb

Rusiyada 19 terror aktının qarşısı alınıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, 2018-ci il ərzində ölkənin xüsusi xidmət orqanları tərəfindən federasiya ərazisində 19 terror aktının qarşısını almaq mümkün olub.


"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, "telefon terrorçuluğu"nun ciddi təhlükə yaratdığını deyib.

Katibin sözlərinə görə, ilin əvvəlindən yalandan mina qoyulması barədə 2 mindən çox məlumat daxil olub, zənglərin əksəriyyəti ölkə xaricindən gəlib.

Patruşev həmçinin Rusiya üçün təhlükələr arasında Qərbin fəzadan sülh şəraitində istifadə etməyə dair razılaşmaları pozmasını və ABŞ RƏM sistemlərini genişləndirməsini qeyd edib.

Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR