Rusiya XİN Qarabağla bağlı bəyanat verdi

Rusiya XİN Qarabağla bağlı bəyanat verdi

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, bəyanatda deyilir ki, 1994 və 1995-ci illərdə Dağlıq Qarabağda atəşkəsə dair əldə olunan sazişlər müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir.

Bəyanatda Rusiyanın münaqişə üzrə qəti mövqeyi də açıqlanıb: “Rusiya tərəfi Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994-cü ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişin müddətsiz xarakter daşıması və münaqişə zonasında əvvəlki kimi sülhün əsasını təşkil etməsi mövqeyindən çıxış edir”.

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR