Rusiya vətəndaşları 120 min dolları gömrükdən keçirərkən yaxalandılar

Rusiya vətəndaşları 120 min dolları gömrükdən keçirərkən yaxalandılar

Rusiya vətəndaşlarının üzərində 120 min dollar aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin "Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120 min dollar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR