Rusiya və Türkiyə XİN başçıları prezidentlərin görüşünə hazırlığı müzakirə edib

Rusiya və Türkiyə XİN başçıları prezidentlərin görüşünə hazırlığı müzakirə edib

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Moskvada görüşüb.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, tərəflər bir sıra sahələr üzrə əməkdaşlıq məsələsini, xüsusilə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Tehran görüşünə hazırlığı müzakirə ediblər.
Qeyd edək ki, sentyabrın sonunadək Tehranda Rusiya, İran və Türkiyə dövlət başçılarının görüşü planlaşdırılır. Görüş zamanı tərəflər Suriya məsələsinin həllini müzakirə edəcəklər.
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR