Rusiya və Türkiyə “S-400”lərin alğı-satqısında dollardan imtina ediblər

Rusiya və Türkiyə “S-400”lərin alğı-satqısında dollardan imtina ediblər
  • DÜNYA

Rusiya və Türkiyə "S-400” raket sistemlərinin alğı-satqısında dollardan imtina ediblər.


"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.

"Cəmi yarım saat əvvəl Türkiyə Prezidenti ilə söhbətimiz oldu. Bəzi aktual məsələləri müzakirə etdik, o cümlədən "S-400” sistemlərinin tədarükünə dair məsələ barədə danışdıq. Aydındır ki, hesablaşmaları dollarla aparsaq, bu iş baş tutmayacaqdı. Odur ki, başqa bir variant tapdıq, məsələ həll olundu”, – V. Putin deyib.

 
Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR