Rusiya, Türkiyə və İran İdlib üzrə danışıqları davam etdirəcəklər

Rusiya, Türkiyə və İran İdlib üzrə danışıqları davam etdirəcəklər
  • DÜNYA

Rusiya Astana prosesi üzrə tərəfdaşları (Türkiyə və İran) ilə birgə bundan sonra da Suriyanın İdlib bölgəsində vəziyyətin həllini danışıqlar vasitəsi ilə axtarmaq niyyətindədir.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

V.Nebenzya deyib: "Rusiya İdlib ətrafında vəziyyətin danışıqlar yolu ilə nizamlanması, mülki əhaliyə zərər dəyməməsi üçün digər Astana prosesinin qarant-ölkələri ilə birlikdə böyük səylər göstərib və göstərməyə davam edəcək ".

Daimi nümayəndə əlavə edib ki, optimal həllin tapılması üzrə işlər davam etdiriləcək.

Qeyd edək ki, sentyabrın 17-si Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 oktyabr üçün İdlib əyalətində demilitarizasiya zonası yaratmaq barədə razılığa gəliblər.

 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR