"Rusiya Qarabağ problemini 15 dəqiqəyə həll edə bilməz" - Səfir


Münaqişəni Azərbaycan və Ermənistan özü həll etməlidir. Kim deyirsə ki, Rusiya münaqişəni 15 dəqiqə, yaxud 20 dəqiqəyə həll edə bilər, o yanılır.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşdə bildirib.

Səfirin sözlərinə görə, Rusiya münaqişənin həllində yalnız vasitəçi ola bilər.

“Heç bir təzyiq, yaxud tərəflərdən birini sıxmaqla nəticəyə nail olmaq mümkün deyil. Bünövrədə etibar olmalıdır və onu yalnız sizin ölkələriniz yarada bilərlər. Aprelin əvvəlində baş verən hadisələr hazırkı vəziyyətin nə qədər təhlükəli olduğunu göstərdi. Bir daha tamamilə aydın oldu ki, ağıllı həll birdir – dinc yolla. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticə çıxarmalıdır. Rusiya nəticə çıxarır və bundan sonra da vasitəçilik səylərini gücləndirəcək”, - deyə Doroxin bildirib.

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR