Rusiya: "Prezident seçkiləri Azərbaycanın daxili işidir"

Rusiya:

"Prezident seçkiləri Azərbaycanın daxili işidir".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin tarixinin dəyişdirilməsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edib-etməyəcəyi barədə sualına cavab verərkən deyib.
Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
 
Aktual.az
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR