“Rusiya gələn il rublun məzənnəsində ciddi dəyişiklik proqnozlaşdırmır” – Aleksey Kudrin

“Rusiya gələn il rublun məzənnəsində ciddi dəyişiklik proqnozlaşdırmır” – Aleksey Kudrin
  • DÜNYA

Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin gələn il rublun məzənnəsində ciddi dəyişiklik olacağını proqnozlaşdırmır.

"Report” bu barədə Rusiya mətbnuatına istinadən xəbər verir.
"Sanksiyalar sərtləşməyəcəyi təqdirdə, gələn il üçün rublun məzənnəsi son iki ildə müşahidə olunan volatillik səviyyəsində qalmağa davam edəcək”, – deyə A.Kudrin vurğulayıb.
A.Kudrin gələn il neftin qiymətində də əhəmiyyətli azalma gözləmədiklərini, buna baxmayaraq, neft qiymətində azalmanın gözlənilməz baş verdiyini qeyd edib.
"Mən hesab edirəm ki, neftin qiyməti 60 ABŞ dollarını keçəcək”, – deyə o vurğulayıb.
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR