Rusiya Ermənistandan balıq idxalına qoyulan məhdudiyyətləri sərtləşdirəcək.
Aktual.az xəbər verir ki, bunu Rusiya Federal Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakov deyib.
"Rusiya artıq Ermənistandan diri balıq tədarükünə məhdudiyyətlər qoyub. Baytarlıq risklərinə səbəb ola biləcək amillər müəyyən edilərsə və bunun balığın tədarük edildiyi zaman baytarlıq təhlükəsizliyimizə təsir edəcəyi aşkar edilərsə, şübhəsiz ki, əlavə addımlar atılacaq”, - o bildirib.
Xəbər 97 dəfə oxunub.