Rusiya aviaşirkəti Gəncəyə uçuşlara başlayır

Rusiya aviaşirkəti Gəncəyə uçuşlara başlayır

 Rusiyanın "Ural Hava Yolları" şirkəti Nijnevartovsk - Gəncə - Nijnevartovsk marşrutu üzrə uçuşlara başlayır. 

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, aviareyslər oktyabrın 30-dan başlayaraq, hər həftənin çərşənbə axşamı günləri "Airbus A320" markalı təyyarələrlə həyata keçiriləcək.
Təyyarə Nijnevartovskdan saat 09:35-də havaya qalxacaq və 4 saat 35 dəqiqədən sonra - saat 13:10-da Gəncəyə enəcək.
Geriyə dönüş isə saat 15:00-da baş tutacaq və təyyarə 4 saat 10 dəqiqədən sonra - saat 20:10-da Nijnevartovska enəcək. 
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR