"Rusiya ABŞ-dan ehtiyat edir" - Sergey Lavrov

  • DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ölkəsi ABŞ-ın Asiya bölgəsinə raket müdafiə sistemi yerleşdirməsindən narahatdır.

AzNews.az-ın məlumatına görə, Lavrov yapon həmkarı Taro Kono ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın raket müdafiə sistemlərini bu bölgədə yerləşdirmə planları ciddi narahatçılıq yaradır.
"Bu hərəkətlər Asiya Sakit Okean bölgəsində təhlükəsizliyə mənfi təsir göstərir"- deyə, Lavrov qeyd edib.
Xatırladaq ki, ABŞ və Cənubi Koreya beş aylıq müzakirələrdən sonra zəruri hallarda Cənubi Koreyanın raketlərini tutacaq "THAAD" sisteminin qurulması mövzusunda anlaşıblar.

Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR