Ronaldu ardıcıl 4 mundialda qol vuran dördüncü futbolçu olub

Ronaldu ardıcıl 4 mundialda qol vuran dördüncü futbolçu olub

Futbol üzrə Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu DÇ-2018-cin "B" qrupunun birinci turunda İspaniya ilə keçirilən oyunda hesabı açıb.

Aktual.az "Report"a istinadən bildirir ki, Madrid "Real"ının oyunçusu 4-cü dəqiqədə özünə qarşı edilmiş kobudluğa görə təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bununla da, Ronaldu futbol tarixində ardıcıl dörd mundialda fərqlənən 4-cü futbolçu olub. Portuqaliyalı bundan əvvəl DÇ-2006, DÇ-2010, DÇ-2014-də fərqlənməyi bacarıb. Həmçinin dörd dünya çempionatında alman Uve Zeyeler və Miroslav Kloze və braziliyalı Pele qol vurmağı bacarıb.
 
Aktual.az
Xəbər 587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR