Ronaldo əsas komandadan QOVULDU - İntizamsızlıq...

Ronaldo əsas komandadan QOVULDU - İntizamsızlıq...
  • İDMAN

İngiltərənin "Mançester Yunayted” klubu hücumçusu Kristiano Ronaldonu əsas heyətdən qovub. 
 
Aktual.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Portuqaliyalı futbolçu Premyer Liqanın 13-cü turunda "Çelsi” ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.
 
Buna portuqaliyalı hücumçunun intizamsız davranışları səbəb olub. Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem”lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişində meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər də yayılıb. Bu üzdən də məşqçilər korpusu ulduz futbolçunu belə bir qərarla cəzalandırmağa qərar veriblər.

Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR