Ronaldo 8 il həbs cəzası ala bilər

Ronaldo 8 il həbs cəzası ala bilər

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldo 8 il həbs cəzası ala bilər.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunu vergidən yayındığına görə, həbs cəzası gözləyir. Portuqaliya yığmasının hücumçusu həbs olunmaması üçün iyunun 15-dək İspaniya vergi orqanlarına 28 milyon avro ödəməlidir.
Təcrübəli forvard 2011 - 2014-cü illərdə 14,7 milyon avronu vergidən yayındırmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu biznes-strukturu yaratmaq üçün gəlirlərinin gizlədilməsindən istifadə edib.

Qeyd edək ki, bu gün Zinəddin Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verib. O, qərarının Kriştianu Ronaldo ilə bağlı olmadığını açıqlayıb.

Aktual.az
Xəbər 639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR