Roma Papasının bu gün Gürcüstana və Azərbaycana səfəri başlayır

Roma Papasının bu gün Gürcüstana və Azərbaycana səfəri başlayır

Roma Papası Fransisk bu gün Gürcüstana və Azərbaycana üçgünlük səfərinə başlayır. 

Oxu.Az Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı pontifik hər iki ölkənin siyasi və dini liderləri ilə görüşlər keçirəcək. 

Bu gün Roma Papası Tbilisiyə gələcək. Aeroportda rəsmi qarşılamadan sonra Papa Gürcüstanın prezidenti Georgi Marqvelaşvili ilə görüşmək üçün prezident sarayına yola düşəcək. Prezident sarayının həyətində görüşdən sonra Papa və prezident hakimiyyət, vətəndaş və diplomatik korpusun nümayəndələrinə müraciət edəcəklər. 

Oktyabrın 1-də Mixail Mesxi adına stadionda Papa Müqəddəs ayin yerinə yetirəcək. Liturgiyadan sonra o, gürcü katolik rahibləri və kilsə xadimləri ilə görşəcək. 

Oktyabrın 2-də səhər pontifik Tbilisidən Bakıya gələcək. Azərbaycan səfəri Müqəddəs Məryəm məbədində başlayacaq. Daha sonra pontifikin Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü, Şəhidlər xiyabanına ziyarəti, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Rus Provaslav Kilsəsinin və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Həmin günün axşamı Fransisk Vatikana qayıdacaq. 

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR