Roma Papası fahişələrin qaldığı evə niyə getdi? — FOTO

Roma Papası fahişələrin qaldığı evə niyə getdi?   — FOTO
  • DÜNYA

Ölkə.Az "BBC"yə istinadən xəbər verir ki, Roma Papası II Fransisk keçmiş fahişələrin sığınacağına baş çəkib.

Sığınacaqda 20 qadın yaşayır. Papaya məlumat verilib ki, bu qadınların hamısı qeyri-leqal şəkildə İtaliyaya gələrək, fahişəlik etməyə məcbur ediliblər. Bu qadınlardan yalnız biri italyandır. Onların yeddisi Nigeriya, altısı Rumıniya, dördü Albaniya, biri Tunis, biri isə Ukrayna vətəndaşıdır.

İnsan alverini bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirən Papa qadınlara möhkəm olmağı və həyata qarşı ümidlərini itirməməyi tövsiyə edib.

Xəbər 625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR