Robert Koçaryan Avropa ölkələrindən birindən sığınacaq istəyəcək

 Robert Koçaryan Avropa ölkələrindən birindən sığınacaq istəyəcək
  • DÜNYA

Hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Köçaryan azadlığa çıxan kimi Avropa ölkələrindən birindən siyasi sığınacaq istəyəcək.

"Report” xəbər verir ki, bunu "Joxovurd” qəzeti yazıb.
Nəşrin iddiasına görə, Yerevan Apellyasiya Məhkəməsinin hakimi Aleksandr Azaryan R.Koçaryan barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə şikayəti təmin edib. Məlumata görə, keçmiş dövlət başçısı yaxın zamanlarda Ermənistanı tərk edərək, Avropa ölkələrindən birindən siyasi sığınacaq istəyəcək.
Qəzet yazıb ki, məsələ ilə bağlı R.Koçaryanın vəkilinin mövqeyini öyrənmək istəyiblər, amma bu mümkün olmayıb. 
Qeyd edək ki, R.Koçaryan hazırda həbsdədir.
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR