Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi başa çatıb

Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi başa çatıb
  • İDMAN

Rio-de-Janeyroda “Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm açılış mərasimi başa çatıb.

Oxu.Azbu barədə TASS-a istinadən xəbər verir. 

2016-ci ilin Paralimpiya Oyunlarının məşəlini üzgüçülük üzrə altıqat paralimpiya çempionu, braziliyalı Silva Everaldo alovlandırıb. Estafetin son mərhələsində məşəl daşıyanların hər biri əlilliyin bir növünü təmsil edirdi – Antonio Delfino (idmançı-amputant), Marsiya Malsar (dayaq-hərəkət aparatının iflici), Adria Roça (görmə qabiliyyətini itirmiş idmançı) və Silva (əlil arabasında olan idmançı).

Daha öncə Braziliya prezidenti Mişel Temer Paralimpiya Oyunları - 2016-nı öz təntənəli nitqi ilə açıq elan etmişdi, nitqi zamanı prezident bir neçə dəfə fitə basılmışdı. 

Beynəlxalq Paralimpiya Komitəsinin rəhbəri Filip Kraven də Braziliya hökumətinə təşəkkür edərkən fitə basılmışdı. 

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR