Rezidenturaya sınaq imtahanları başlayır

Rezidenturaya sınaq imtahanları başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən başlayaraq, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirməyə başlayır.

Aktual.az  bildirir ki, komissiyadan Trend-ə verilən məlumata görə, II mərhələ ixtisas fənləri üzrədir.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının I mərhələsi üzrə imtahan aprelin 3-də keçirilib. İmtahanın II mərhələsi iyulun 29-da olacaq.

Avqustun 1-dən 7-dək isə rezidentura səviyyəsi üzrə ixtisaslaşma aparılacaq.

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR