Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb

Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Rezidentura" xüsusi buraxılışının 4‑cü nömrəsini nəşr edib.

Aktual.az  bildirir ki, TQDK-dan APA-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Jurnalı "Abituriyent" satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
 
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə tələb olunan sənədləri avqustun 9-dan 15-dək olan müddətdə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR