Zədə səbəbindən Braziliyada müalicə olunan “Qarabağ”ın futbolçusu Reynaldo Silva ölkəsində xeyriyyə matçı keçirəcək.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun planlaşdırdığı həmin qarşılaşma dekabrın 26-da baş tutacaq.
“Fumeyrao” stadionunda keçiriləcək matçda “Reynaldonun dostları” komandası ilə digər braziliyalı futbolçu “Valdiviyanın dostları” üz-üzə gələcək.
Xeyriyyə görüşündə iştirak edəcək bir çox futbolçunun adı artıq bəllidi. Onların sırasında Aloisi Çupala, Dudu Paraiba, Neto Moura, Renato, Eninyo, Sorin, Vaqner Alaqoano, Elton, Leo Silva, Kleyton Xavyer və Audalio var.
Bundan əlavə, bir neçə dəfə qadın futbolçular arasında dünyanın ən yaxşı oyunçusu seçilərək, “Qızıl top” mükafatına layiq görülmüş Marta da xeyriyyə görüşündə meydana çıxacaq.
Qeyd edək ki, 2 aylıq sıradan çıxan Reynaldonun bu ilin sonunda yaşıl meydanlara qayıdacağı gözlənilir.