Rəssam Fərhad Xəlilov "Şərəf" ordeni ilə təltif edildi

Rəssam Fərhad Xəlilov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev F.Q.Xəlilovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov "Şərəf" ordeni ilə təltif edilsin".
Xəbər 1635 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR