Rəşad Sadıqov bu oyundan sonra karyerasını bitirəcək

Rəşad Sadıqov bu oyundan sonra karyerasını bitirəcək
  • İDMAN

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

Aktual.az xəbər verir ki, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.
35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımın atmasını belə izah edib: "Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.
Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.

Aktual.az
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR