Rəşad Nəbiyev "Azercell" rəhbərliyi ilə görüşdü - FOTOLAR

Rəşad Nəbiyev

Avqust ayının 22-si Rəşad Nəbiyev "Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti ilə görüş keçirib. 

Aktual.az xəbər verir ki, R.Nəbiyev "Azercell"in strateji təşəbbüsləri və gələcək planları barədə cari status hesabatlarını dinləyib. 

Nazir, xüsusilə, abunəçilərin dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə "Azercell" şəbəkəsinin genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla  tanış olub.  

Bu layihə  4G şəbəkəsinin tutumunun Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% genişləndirilməsini təmin edəcək. Həmçinin, nazirə şəbəkənin genişləndirilməsi layihəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 80-dən çox yeni 4G baza stansiyasının qurulması və şirkətin satış və xidmət mərkəzlərinin istismara verilməsi haqqında məlumat verilib. 

Nazir telekommunikasiya sənayesinin ən son trendlərinə uyğun olaraq "Azercell"in təqdim etdiyi məhsul və rəqəmsal həllər barədə də məlumatlandırılıb. Belə layihələrə özündə həm maliyyə, həm də mobil rabitə imkanlarını birləşdirərək abunəçilərə rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən fintek həlli aiddir.  

Şirkətin perspektiv planlarına gəlincə, cənab Nazirə əminliklə bildirildi ki, Azercell öz infrastrukturunun genişləndirilməsi və modernizasiyasına yatırım etmək, həm də abunəçiləri üçün innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində təşəbbüslərini davam etdirəcək. 

Nazir "Azercell" komandasına şirkətin həyata keçirdiyi uğurlu layihələrə görə təşəkkür etdi və gələcək təşəbbüslərin həyata keçirilməsində müvəffəqiyyətlər arzulayıb. 
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR