Renat Dadaşov Azərbaycan millisində - RƏSMİ

Renat Dadaşov Azərbaycan millisində - RƏSMİ
  • İDMAN

Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmiş, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq  Almaniya Futbol İttifaqı bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

Aktual.az  goal.az-a istinadən xəbər verir ki, AFFA onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.
 
Aktual.az  
Xəbər 948 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR