“Reklamı qadağan olunan əmtəələrin Siyahısı” yeniləndi (QƏRAR)

“Reklamı qadağan olunan əmtəələrin Siyahısı” yeniləndi (QƏRAR)

 
Nazirlər Kabineti 17 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda dəyişiklik edib.

Aktual.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya daxil olan "Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar” anlayışı "Qumar oyunları, həmçinin "Bədən tərbiyəsi və idman haqqında” və "Lotereyalar haqqında” qanunlarla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar” anlayışı ilə əvəzlənib, ayrıca "Qumar oyunları” anlayışı ləğv olunub.
Xəbər 859 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR