Referendumu 117 beynəlxalq müşahidəçi izləyəcək - MSK sədri

Referendumu 117 beynəlxalq müşahidəçi izləyəcək   - MSK sədri

"Referendumu izləmək üçün müşahidəçilərin ümumi sayı 53 minə yaxındır. Seçkilərdə 5627 seçki məntəqəsi olacaq. Bir seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Hesab edirəm ki, nəinki 10, 5 nəfər də müşahidə aparsa, bu, şəffaflığın təmin edilməsi üçün yüksək göstəricidir”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi MSK-da akkreditasiyadan keçib: "Bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri, parlamentarilərdir.

Müşahidə aparmaq istəyən yerli vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir.

Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həm də qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir".

O, referendumda seçicilərin sərbəst səs verməsi üçün hər cür şərait yaradıldığını qeyd edib.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR