“Referendum ölkəmiz üçün yeni imkanlar açacaq” - Azər Verdiyev

“Referendum ölkəmiz üçün yeni imkanlar açacaq”   - Azər Verdiyev

Bunu fikirləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı danışarkən deyib.

“Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı günün tələbidir.

Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Konstitusiyası 20 il bundan əvvəl qəbul olunub, sonradan referendumla bir neçə dəyişiklik edilib. Gənc dövlət kimi Azərbaycanın fəaliyyəti, inkişafı, dünya dövlətləri arasında özünə yer tutması, beynəlxalq konvensiyalara qoşulması belə bir zərurət yaranıb ki, konstitusiyada müəyyən maddələrə dəyişikliklər edilsin. 1995-ci ilin Azərbaycanı ilə 2016-cı ilin Azərbaycanı arasında xeyli fərq var. Bu, həm də, qarşıya qoyulan məqsədlərə nail olunmasına xidmət edir. Bu ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir. Referendum ölkəmiz üçün yeni imkanlar açacaq”

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR