“Real Madrid” - “Barselona” oyununun vaxtı dəyişdirildi

“Real Madrid” - “Barselona” oyununun vaxtı dəyişdirildi
  • İDMAN

İspaniya La Liqasının XVII turu çərçivəsində keçiriləcək "Real Madrid” – "Barselona” oyununun vaxtı dəyişdirilib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Liqasının prezidenti Xavyer Tebas "Marca”ya bildirib. Onun sözlərinə görə, matç dekabrın 20-də deyil, 23-də baş tutacaq.
Dəyişiklik "Real Madrid”in müraciəti əsasında gerçəkləşib. "Kral klubu” 6 – 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərində klublarası dünya çempionatına qatılacağını əsas gətirərək, "El-Klasiko”nun ertələnməsini istəyib.
Qeyd edək ki, "Real Madrid” La Liqanın və Çempionlar Liqasının sonuncu qalibidir.
 
Aktual.az
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR