Rayonlarda müasir tipli baytarlıq məntəqələri yaradılacaq

Rayonlarda müasir tipli baytarlıq məntəqələri yaradılacaq

 "Azərbaycan rayonlarında müasir tipli baytarlıq məntəqələri yaradılacaq. Bunun kompleks şəklində həyata keçirilməsi 2019-2025-ci il Dövlət Proqramında öz əksini tapıb".

Bu fikirləri "Report"un Mərkəzi Aran bürosuna açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) yeni rəisi Bayandur Rzayev deyib.
O, baytar məntəqələrində bir sıra işlərin həyata keçiriləcəyini vurğulayıb: "Həmin məntəqələrdə heyvanların çimizdirilməsi, qırxılması, eyni zamanda qırxılma yeri və xırdabuynuzlu heyvanlar üçün çimizdirmə vannaları, iribuynuzlu heyvanlar üçün çimizdirmə duşxanalarının yaradılması nəzərdə tutulub. Kürdəmir isti rayon olduğundan heyvanların çimizdirilməsinə xüsusi ehtiyac var. Çünki burada parazit gənələr, ziyanverici həşəratlar və ağcaqanadlar xəstəliklərin daşıyıcısı hesab edilir. Çimizdirmə vannalarının və duşxanaların tikilməsi Kürdəmir rayonu üçün xüsusilə vacibdir".
B.Rzayev həmçinin rayonlarda heyvanların iynələnməsi prosesində istifadə olunan dəzgahların az olması, həmçinin baytarların nəqliyyat problemi ilə bağlı üzləşdikləri çətinliklərə də münasibət bildirib: "Həmin problemlər tezliklə aradan qaldırılacaq".
 
Aktual.az
Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR