Ramiz Mehdiyevin gəlini bankına 2 milyon manat borc verdi

Ramiz Mehdiyevin gəlini bankına 2 milyon manat borc verdi

"Bank BTB" ASC-nin bir qədər əvvəl tədavülə buraxdığı 2 milyon manatlıq istiqrazların alıcısı məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, bu, Bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyevadır.

Xatırladaq ki, nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara cəmi 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib.

Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri "BTB Kapital İnvestisiya Şirkəti” ASC-dir.

"Bank BTB" daha 3 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Həmin qiymətli kağızları da Bankın əsas səhmdarı əldə edəcək.

Qeyd edək ki, bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyeva sabiq Prezident Administrasiyasının rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin gəlinidir.
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

ünə', ), ), ); ?>

SON XƏBƏRLƏR