Ramiz Mehdiyev Əfqanıstan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Ramiz Mehdiyev Əfqanıstan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mayın 31-də ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar ilə görüşüb.

Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar Prezident İlham Əliyevin onu qəbul etdiyini, Azərbaycan dövlətinin başçısının ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirdiyini və əməkdaşlığın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğuladığını bildirdi.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR