Ramanada 100-ə yaxın Eldar şamı kəsilib

Ramanada 100-ə yaxın Eldar şamı kəsilib

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər rayonu, Ramana-2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Aktual.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib.
Qanun pozucuları barədə qanunamüvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.
 
Aktual.az
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR