Qusarda avtomobili ağaca çırpılıb, ölən və yaralılar var - VİDEO

Qusarda avtomobili ağaca çırpılıb, ölən və yaralılar var - VİDEO

Qusar rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.


"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonunAtluxanoba kənd sakini, Zeynulla Cəbrayılov idarə etdiyi "Mercedes-190" markalı avtomobillə Xudat-Qusar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə, sürücü və avtomobildə olansərnişinləri -Atluxanoba kənd sakinləri,Elina Sevzixanova,Gülmirə Babayeva,Pərvanə BabayevaMina Qurbanovamüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, yaralılardanP.Babayevanınhəyatını xilas etmək mümkün olmayıb.

Digər yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR