Qurban bayramı Təcili Tibbi Yardım iş rejimini dəyişəcək

Qurban bayramı Təcili Tibbi Yardım iş rejimini dəyişəcək

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev açıqlamasında deyib ki, bayram günlərində 138 briqada xəttə olacaq.

Baş həkim əlavə edib ki, bayram günlərində təcili yardıma müraciət edən insanların sayı çox olur: "Bu da həmin günlərdə xəstəxana və poliklinikaların işləməməyi ilə bağlıdır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub".

Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR