Qüdrət Həsənquliyev Şamaxıda seçicilərlə görüşüb

Qüdrət Həsənquliyev Şamaxıda seçicilərlə görüşüb

Yanvarın 18-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Şamaxı şəhərində seçicilərlə görüşüb.
Partiyanın seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdıran Prezidentliyə namizəd, ölkədə bir çox sahələrdə təxirəsalınmaz islahatların aparılmasının zəruriliyini vurğulayıb.
Qanunun aliliyinin təmin olunmasının, ədalətli məhkəmə hakimiyyətinin, andlı iclasçılar institutunun ölkədəki bir çox problemlərin həlli üçün əsas şərt olduğunu vurğulayan prezidentliyə namizəd qeyd edib ki, seçicilərin etimadını qazanacağı təqdirdə, ilk növbədə sözügedən sahədə, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının qorunması istiqamətində islahatların həyata keçirilməsinə nail olacaq.
Qüdrət Həsənquliyev öz nitqində sosial-iqtisadi sahələrdə, aqrar sektorda, səhiyyə sistemində, mədəniyyət və digər istiqamətlərdə aparılması zəruri olan islahatlardan söz açıb və seçicilərin suallarını cablandırıb.
Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR