Qubada sel avtomobilləri apardı   — VİDEO

Qubada sel avtomobilləri apardı   — VİDEO

Qubada güclü yağış selə səbəb olub.


Aktual.az xəbər verir ki, Vəlvələçayda suyun səviyyəsi qalxdığından sürücülərə çətinliklər yaranıb.  Belə ki, "Niva” markalı avtomobil çayda batıb. Talış kənd sakini olan sürücü Tural Məmmədov suyun səviyyəsinin qalxdığını gördüyündən maşınını tərk etməli olub.


Bundan başqa, "UAZ” markalı avtomobili də sel suları aparıb. Yerfi kənd sakini olan sürücü Qabil Məməsiyev xəsarət almasa da, avtomobili yararsız hala düşüb.(qafqazinfo.az)

 

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR