Qubada bir neçə gün öncə bıçaqlanan şəxs xəstəxanada öldü

Qubada bir neçə gün öncə bıçaqlanan şəxs xəstəxanada öldü

Quba rayonunda bir neçə gün öncə bıçaqlanan şəxs xəstəxanada ölüb.

Aktual.az report-a istinadən xəbər verir ki, rayonun Zərdabi qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Dadaşov Eldəniz Arzuman oğlu iyunun 11-də bıçaqlanıb.
O, döş qəfəsinin sol aşağı ön divarının deşilmi-kəsilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. 

Həkimlərin səylərinə baxmayaraq E.Dadaşov iyunun 15-də dünyasını dəyişib. 
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. 
 
Aktual.az
Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR